Azərbaycan və Özbəkistanın böyük tarixi şəhərləri qardaşlaşmış şəhərlər olub.
“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı xəbər yayıb.
Xivə və Şuşa, Buxara və Lənkəran, Kokand və Şəki, Səmərqənd və Gəncə şəhərlərinin qardaşlaşması barədə sənəd bu gün Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan regionlararası forumu çərçivəsində imzalanıb.