24 fevral 2023 19:46
679

Forumda imzalanmış sənədlər uğurlu əməkdaşlığımızı daha da şaxələndirəcək - Mikayıl Cabbarov

Birinci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Şuşa-Xivə, Gəncə-Səmərqənd, Lənkəran-Buxara, Şəki-Kokand şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, Bakı və Daşkənd şəhərləri arasında əməkdaşlığa dair Yol xəritəsi imzalanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, qardaşlaşma haqqında sənədlərin və Yol xəritəsinin imzalanması uğurlu əməkdaşlığımızı daha da şaxələndirəcək.