25 fevral 2023 18:06
546

Azərbaycan və Özbəkistan üzümçülük və şərabçılıq sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Özbəkistan üzümçülük və şərabçılıq sahəsində əməkdaşlıq edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb.

Məlumata görə, Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərəbçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərəbçılığın İnkişafı Agentliyinin direktorun müavini vəzifəsini müvəqqəti icra edən Ənvər Ubaydullayev imzalayıblar.

Memorandum üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığı, o cümlədən investisiya layihələrinin inkişaf etdirilməsi və qarşılqlı tədarükün təşkilini nəzərdə turur.