27 fevral 2023 14:34
545

Növbəti sevgilisi də aktrisadır

Aktrisa Ayça Ayşin Turan yeni eşqə yelkən açıb.

“İki sahil” xəbər verir ki, aktrisa iş adamı Umut Evirgenlə münasibətdədir. 

Qeyd edək ki, Ayça bundan əvvəl "Ada masalı" serialındakı həmkarı Alp Navruzla sevgili idi. Cütlük növbəti layihədə birgə yer almaları ilə bağlı mübahisəyə görə ayrılmışdı.

Umut isə aktrisalar Farah Zeynep, Tuba Büyüküstün, Melisa Şenolsun, Serenay Sarıkaya və Dilan Çiçek Denizlə yaşadığı eşq macəraları ilə gündəmdən düşmür.