Xəbər verdiyimiz kimi, qarşıdan gələn 67-ci "Avroviziya" mahnı müsabiqəsi Ukrayna adından Böyük Britaniyada keçiriləcək.
“İki sahil” xəbər verir ki, Böyük Britaniya hökuməti döyüş əməliyyatları nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan ukraynalı məcburi köçkünlər üçün maraqlı jest edib. Belə ki, müsabiqəni izləmək istəyənlər üçün 3000 pulsuz bilet ayrılıb. Bu haqda müsabiqənin rəsmi saytında yazılıb.
Məcburi köçkün biletləri Böyük Britaniyanın Mədəniyyət, Media və İdman Departamenti tərəfindən təmin ediləcək - bilet üçün müraciət prosesi qısa müddət ərzində elan olunacaq.
Qeyd edək ki, yarışmanın yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.