02 mart 2023 15:40
308

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib - FOTO

Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinə dair Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.

“İki sahil” xəbər verir ki, ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpasına kömək məqsədilə şəhərin Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.

Tədbirdə millət vəkilləri Anar Məmmədov, Arzu Nağıyev, Rauf Əliyev, ŞİH-in başçısı Vüqar Novruzov və bir qrup gənc iştirak edib.

Aksiyada iştirak edən natiqlər ”Heydər Əliyev ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının ekoloji tarazlığın qorunmasında mühüm rol oynadığını, Ulu Öndərin Azərbaycanın – doğma Vətənimizin hər qarışına verdiyi dəyərin unudulmadığını, daim yaşayacağını təbliğ etdiyini bildirib.