Beynəlxalq Türk Akademiyasında “Avrasiyada əski türk bədizləri (daş heykəlləri) kataloqu” adlanan daha bir layihəmiz Monqolustandan Şərqi Avropaya qədər uzanan geniş coğrafiyada qədim türklərin maddi-mədəniyyətinin mühüm bir parçası olan daşdan hazırlanmış insan heykəllərini araşdırmağı nəzərdə tutur.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev məlumat verib.
Akademik qeyd edib ki, VI-XIV əsrləri əhatə edən bədizlər üzərində aparılacaq bu araşdırmanın türklərin tarixi yaşayış məskənləri haqqında əlavə məlumat verməklə türk xalqlarının ortaq tarixindəki boşluqların doldurmasına töhfə verəcəyinə inanırıq.
Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans bölmə iclasları ilə davam edib