Azərbaycanda son sutkada koronavirus (COVID-19) 174 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 51, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27, “buster” doza ilə peyvənd olunanların sayı 79, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 17 nəfərdir.