06 mart 2023 10:51
587

Oğuz dağ yəhudiləri haqqında filmin çəkilişləri başa çatıb

Oğuz dağ yəhudiləri haqqında Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan filmin çəkilişləri başa çatıb.

“İki sahil” xəbər verir ki, film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir.

Filmin qəhrəmanı əslən Oğuz rayonundan olan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, ictimai xadim, ravvin-Şmuel Simantovdur.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, operatorlar Mahir Atakişiyev, Roman İsakov, içracı prodüser Şaul Siman-Tovdur.

Filmin çəkilişləri Azərbaycan, İsrail, ABŞ və Almaniyanın müxtəlif bölgələrində aparılıb.

Qeyd edək ki, bu ekran işi Rüfət Əsədovun “Dağ yəhudiləri” silsiləsindən 5-ci filmidir.