07 mart 2023 10:44
548

Nyu-Yorkdakı məşhur göydələn Türkiyə bayrağının rəngləri ilə işıqlandırılıb

ABŞ-ın Nyu-York şəhərindəki məşhur "Empire State Building" göydələni Türkiyə bayrağının rəngləri ilə işıqlandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, Türkiyədə baş vermiş dağıdıcı zəlzələdə həyatını itirənlərin xatirəsinə göydələn işıqlandırılıb.