22 mart 2023 22:45
547

"Real" Özil üçün bunları yazdı

"Real" bu gün karyerasını başa vuran sabiq futbolçusu Mesut Özil haqqında paylaşım edib.

“İki sahil” xəbər verir ki, Madrid təmsilçisi Tvitter hesabında Özilin "Real" formasında fotosunu paylaşaraq yazıb: "Məsut Özil peşəkar futbolçu karyerasını başa vurdu. "Real" olaraq keçmiş oyunçumuza təşəkkürümüzü və sevgimizi çatdırırıq. Əziz Mesut, sənə və ailənə uğurlar arzulayırıq".

Qeyd edək ki, Özil 2010-2013-cü illərdə "kral klubu"nun formasını geyinib.