Xalq artisti Ənvər Həsənovun səhhətində irəliləyiş yoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə aktyorun qızı Aytən Həsənova məlumat verib.
Onun sözlərinə görə, Xalq artisti hazırda evdə yataq rejimindədir: “Heç bir irəliləyiş yoxdur. Ayaqları tutulur, yemək yeyə, gecələr yata bilmir. Hazırda onu xəstəxanaya apara bilmirik, müalicəsi üçün dərmanları ala bilmirik, ona görə də heç bir irəliləyiş yoxdur”.
Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Aktyor daha sonra öz istəyi ilə evə buraxılmışdı.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans bölmə iclasları ilə davam edib
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır