Dünyaca məşhur fələstinli model Bella Hadidin üzündə problem yaranıb.
“İki sahil” xəbər verir ki, 2012-ci ildə "Lyme"dən əziyyət çəkən model dişini müalicə etdirdikdən sonra yaranan fəsadlar səbəbindən xəstəliyinin pisləşdiyini deyib. Onun sözlərinə görə, dişinin sinir kanalında infeksiya inkişaf edib və ağrı bütün bədəninə yayılıb.
Hadid bu səbəbdən üzünün çox vaxt yaxşı görünmədiyini, dərisində səpgilərin yarandığını əlavə edib:
"Güzgüyə baxmağa və ya şəkil çəkdirməyə nifrət edirəm, xüsusən də son vaxtlar. Üzümü görməkdən bezmişəm. Özünü xəstə hiss edəndə və eyni görünəndə işini görmək də çətindir".
Model son olaraq 4 həftədir əməliyyata hazırlaşdığını və xəstəliyini izləyiciləri ilə bölüşmək istyədiyini söyləyib.
Qeyd edək ki, Hadid bir müddət əvvəl spirtli içki asılılığı ilə mübarizə apardığını və 5 aydır alkoqol qəbul etmədiyini açıqlamışdı.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans bölmə iclasları ilə davam edib
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi