Aktyor Fərda Xudaverdiyev "Stand up"dan getmək istəyir.
“İki sahil” xəbər verir ki, sənətçi bu haqda TikTok-da canlı yayımda deyib. O bildirib ki, aprelin 10-na kimi gözləyəcək və ondan sonra qərar verəcək.
Məsələ ilə bağlı aktyor "A-dan Z-yə" verilişində danışıb. O bildirib ki, "Stand up" şousuna biletlər satılmadığı üçün bu addımı atmağı planlaşdırır:
"Konsert verirsən, bilet satılmır. Qiyməti biz təyin etmirik, bəzi xərcləri çıxmalıdır. Konsertə gəlməyib, yutubda izlənməyə üstünlük verirlər. Bəs, mənim qazancım? Hər kəs gedib izləyə bilsin deyə, kinoteatra üz tutduq. 10 gün içində insanların marağını biləcəyik. Əgər gedib izləməsələr, "Stand up"a son qoyacağam. Bu, mənim kinoteatra son çıxışımdır".
Qeyd edək ki, Fərda Mingəçevir və Gəncədə planlaşdırılan konsertlərini iki dəfə təxirə salıb.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans bölmə iclasları ilə davam edib
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi