TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının iştirakçıları Şuşa şəhərindəki Qala divarlarında olublar.
“İki sahil” xəbər verir ki, qonaqlara şəhərin qədim tarixi barədə, işğal dövründə abidələrin vandalizmə məruz qalması haqqında ətraflı məlumat verilib.
Qonaqlar tarixi abidənin qarşısında birgə şəkil çəkdiriblər.
Daha sonra Cıdır düzünə hərəkət edən nümayəndə heyəti oradan əsrarəngiz mənzərəni seyr ediblər.
Qeyd edək ki, bu gün Şuşada TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi olub.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans bölmə iclasları ilə davam edib
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi