Biz daima monitorinq edirik və görürük ki, Azərbaycanda istifadəçilərin çoxunun şifrələri sızır və hətta onlar satışa çıxarılır.
“İki sahil” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.
"Misal üçün, istifadəçinin "mygov"da istifadə etdiyi şifrəsi satışa çıxarılırsa, bu hücumu "mygov"a olan hücum kimi statistikaya daxil etməliyik, yoxsa vətəndaşa olan kiberhücum kimi? Bu parollar satışa çıxarılanda hökumət məlumatı olaraq satışa çıxarılır. Halbuki bu sistemdən yox istifadəçidən əldə olunmuş məlumatlar olur",- deyə Tural Məmmədov vurğulayıb.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb