Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2021-ci ili 6,344 milyon manat zərərlə başa vurub.
“İki sahil” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 62,4 % və yaxud 2,7 dəfə azdır.
Bununla belə, dövlət şirkətinin yığılmış zərəri 7,7 % artaraq 88,489 milyon manata çatıb.
2021-ci ildə "Şahdağ Turizm Mərkəzi"nin qeyri-birja əməliyyatlarından gəlirləri 6,147 milyon manat (2020-ci ilə nisbətən 3,5 % çox), birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 13,98 milyon manat (10,3% çox), sair gəlirləri 1,273 milyon manat (14,6 dəfə çox), satışının maya dəyəri 10,299 milyon manat (0,5 % az), inzibati xərcləri 14,653 milyon manat (41,7 % az), maliyyə xərcləri 19 min manat (2,7 dəfə az), gəlirdən çıxılan vergilər üzrə xərcləri 2,773 milyon manat (əvvəlki il olmayıb) təşkil edib.
2022-ci il yanvarın 1-nə "Şahdağ Turizm Mərkəzi"nin aktivləri 312,006 milyon manat olub ki, bu da illik müqayisədə 2,2 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 19,2 % azalaraq 2,989 milyon manata, balans kapitalı isə 2 % azalaraq 309,017 milyon manata düşüb.
Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb