"AnadoluJet" İzmirdən Serbiyanın paytaxtı Belqrada və Ankaradan Özbəkistanın paytaxtı Daşkəndə uçuşlara başlayır.
"İki sahil" TurkicWorld-a istinadən xəbər verir ki, daha əvvəl İzmirdən Belqrada uçuşlara başlayan AnadoluJet, 2021-ci ildə Ankara üzərindən bu şəhərə uçuşlarına yenisini əlavə edib.
Bu gündən, etibarən, İzmir ilə Belqrad arasında qarşılıqlı uçuşlar həftədə iki gün, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Uçuşlar İzmir Adnan Menderes Hava Limanından yerli vaxtla saat 14:20-də, Belqrad Nikola Tesla Hava Limanından isə saat 15:55-də həyata keçiriləcək.
“AnadoluJet” aprelin 17-də Ankaradan Özbəkistanın paytaxtı Daşkəndə uçuş həyata keçirəcək.
Uçuşlar Ankara Esenboğa Hava Limanı ilə İslam Kərimov Daşkənd Beynəlxalq Hava Limanı arasında həftədə iki gün həyata keçiriləcək.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb