Türkiyənin Müdafiə Sənayesinin inkişafı üçün investisiya fondu yaradılıb
Türkiyənin Müdafiə Sənayesinin xaricdən asılılığını azaltmaq və innovativ texnologiyaların inkişafı üçün “İnnovativ və Qabaqcıl Texnologiyalar İnvestisiya Fondu” yaradılıb.
“İki sahil” TurkicWorld-a istinadla xəbər verir ki, imzalama mərasimi Müdafiə Sənayesi İdarəsinin Nuri Demirağ Konfrans salonunda keçirilib.
Tədbirə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir, Müdafiə Sənayesi Texnologiyaları Baş İdarəsinin direktoru Ahmet Çağrı Özer, Türkiyə İnkişaf və İnvestisiya Bankının baş direktoru İbrahim Halil Öztop, Vakıf Katılım Bankı baş direktoru Osman Çelik, Ziraat İştirak Bankı Şöbə Müdiri Emre Birgen və müdafiə sektoru nümayəndələri qatılıb.
Qeyd edək ki, Müdafiə Sənayesi Texnologiyaları Baş İdarəsi (SSTEK), Türkiyə İnkişaf və İnvestisiya Bankı, Vakıf Katılım və Ziraat Katılım kimi investorların da olduğu fondun ilk investisiyasının Türkiyənin Beam Teknoloji şirkətinə edilməsi qərara alınıb.
Yeri gəkmişkən onu da qeyd edək ki, Türkiyə 2023-cü ilin yanvar-mart aylarında Qazaxıstana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 2,13 dəfə 54,9 milyon dollara çatdırıb.
Mart ayında Türkiyə Qazaxıstana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 9,56 dəfə artaraq 18,6 milyon dollara çatdırıb. Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 8,6 milyard dollara bərabər olub.
Bu ilin mart ayında Türkiyə 3,3 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 22,8 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (mart 2022-mart 2023) Türkiyə 32,2 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır