Bu ilin birinci rübündə Azərbaycan sığorta bazarı üzrə yığımların həcmi 34,2% artaraq 346,910 milyon manata çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 67,1% artaraq 102,290 milyon manata bərabər olub.
Ödənişlərin yığımlara nisbətən kəskin artması sığorta bazarının zərərliliyini artırıb. Belə ki, ötən il toplanmış hər 100 manat sığorta haqqının 23,7 manatı ödənişə yönəldilibsə, bu ilin birinci rübündə bu rəqəm 29,5 manat təşkil edib.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb