2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 131 mln. 378 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 123 mln. 977,9 min manat sığorta haqqı toplanılıb.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 49% və ya 43 mln. 254.6 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 17.1% və ya 18 mln. 113.4 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 3.3 dəfə artaraq 55 mln. 164.6 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 4.7% artaraq 23 mln. 53.2 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-mart aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 41.9 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar-mart aylarında 19.2 manata bərabər olub. Bu ilin yanvar-mart aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 18.6 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 20.8 manata bərabər idi.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb