Azərbaycan və ABŞ “yaşıl enerji” üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.
“İki sahil”in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazovun ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüşü zamanı bildirilib.
Məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında enerji sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri də müzakirə edilib.
Görüşdə ABŞ şirkətlərinin enerji sahəsində digər infrastruktur layihələrində iştirakına maraq ifadə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb