Bu ilin yanvar-mart aylarında Azərbaycanda 30 310,6 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,9 % artıb.
ÜDM istehsalının 47,5 %-i sənaye, 9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 5 %-i tikinti, 2,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 %-i informasiya və rabitə sahələrinin, 17,6 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 %-ini təşkil edib.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə dəyişməyək 2 991 manat qalıb.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb