Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 523,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 40,3 % çox vəsait yönəldilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 23,8 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 51,7 % artıb.
Hesabat dövründə istifadə olunmuş vəsaitin 1 941,3 milyon manatı və yaxud 55,1 %-i məhsul istehsalı sahələrinə, 1 396,5 milyon manatı və yaxud 39,6 %-i xidmət sahələrinə, 185,3 milyon manatı və yaxud 5,3 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
3 ay ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 2 577,3 milyon manatını və yaxud 73,2 %-ni daxili vəsaitlər təşkil edib, 2 517,5 milyon manatı və yaxud 71,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,8 %, büdcə vəsaitləri 39 %, əhalinin şəxsi vəsaitləri 6,4 %, bank kreditləri 4,1 %, sair vəsaitlər isə 4,7 % paya malik olub.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb