Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard manatlıq, o cümlədən 7,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 4,1 % artıb.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,2 %-i ərzaq məhsullarının, 4,9 %-i içkilər və tütün məmulatlarının, 14,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5 %-i avtomobil benzini və dizel yanacağının, 4,5 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
I rübdə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,6 %-ni təşkil edib.
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin 3 ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,1 %, fərdi sahibkarlar üzrə 3,8 %, bazar və yarmarkalarda 3,5 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 427,9 manatlıq, o cümlədən 244,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 183,5 manatlıq qeyri-ərzaq malları alıb.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb