2022-ci ildə Azərbaycanda satılan Rusiya avtomobillərinin sayı kəskin azalıb.
“İki sahil” xəbər verir ki, ötən il Azərbaycanda 698 ədəd yeni “Lada” modeli satılıb. Bu isə 2021-ci illə müqayisədə 59,4% və ya 1021 avtomobil azdır. Belə ki, “AvtoVAZ” 2021-ci ildə Azərbaycanda 1719 ədəd yeni avtomobil sata bilmişdi.
Satışların kəskin azalması “Lada”nın Azərbaycan bazarındakı yerinə də təsir edib. Rusiya brendi 2021-ci ildə Azərbaycanda satışların həcminə görə 3-cü olmuşdusa, ötən il bazar payına görə 8-ci sıraya enib.
Qeyd edək ki, sanksiyalar səbəbindən ehtiyat hissələri qıtlığı yaşayan “AvtoVAZ”ın istehsalı dayandırması nəticəsində ötən ilin yayında Rusiya markasının Azərbaycana ixracı dayandırılmışdı.
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb