Cari ilin birinci rübündə informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 17,8% artaraq 692,7 mln. manat təşkil edib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xidmətlərin 75,5%-i əhaliyə göstərilib.
Xidmətlərdən əldə edilən gəlirin 37,8%-i və ya 262,1 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb