Bakı Beynəlxalq Dəniz Ticarət Limanın ərazisində tikilən gübrə terminalın mayın sonuna qədər yekunlaşması nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"QSC -nin Baş direktoru Taleh Ziyadov deyib.
Onun sözlərinə görə, terminalın açılışı iyun -iyul aylarında planlaşdırılır.
"Gübrə terminalı çox əhəmiyyətlidir, çünki hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən keçməklə Qərb istiqamətində kifayət qədər gübrə daşınır. 1-1,5 milyon ton gübrənin aşırılması üçün imkanımız var. Bu terminalla birgə Bakı Limanı 2,5 milyon tona qədər gübrə aşıracaq. Beləliklə Türkmənistan, Qazaxıstan gübrəsini Azərbaycan vasitəsilə Qərbə çatdırmaq mümkün olacaq", - T. Ziyadov bildirib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır