Cari ilin birinci rübündə magistral neft kəmərləri ilə 9500,8 min ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, nəqletmənin 76,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 7244,5 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 85,9%-ni və ya 6223,7 min tonunu Azərbaycanda hasil edilən neft, 14,1%-ni və ya 1020,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb