Azərbaycanda 2023-cü ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21,9% artaraq 414,8 milyon manat olub.
"İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7%-i hüquqi şəxslərin, 49,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 28,4% artaraq 207,7 milyon manat təşkil edib.
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb