2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar 397.1 min manat təşkil edib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin ilk 3 ayı ilə müqayisədə 3.1 dəfə və ya 835.8 min manat azdır. 2022-ci ilin müvafiq dövründə Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar 1 milyon 232.9 min manata bərabər olub.
Hesabat dövründə bu sığorta növü üzrə ödənişlərinin həcmi 305.6 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 dəfə və ya 157 min manat çoxdur. 2022-ci ilin ilk 3 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 148.6 min manata bərabər olub.
Sığorta yığımlarının 3 dəfə azalıb, ödənişlərinin isə 2 dəfə artması bu sığorta növü üzrə zərərliliyi 6.4 dəfə artırıb. Belə ki, ötən ilin ilk 3 ayında “Aqrar Sığorta” bu sığorta növü üzrə topladığı hər 100 manatdan 12 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 3 ayında bu rəqəm 77 manat təşkil edib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır