2023-cü il 1 yanvar tarixinə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı 18,9 milyon manat təşkil etmişdir. 2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun daxilolmaları 128,2 milyon manat təşkil etmişdir ki, bu da təsdiq edilmiş proqnozdan 43,2 milyon manat və 51% çoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, daxilolmaların 59,6%-ni və ya 76,5 milyon manatını idxal olunan minik avtomobillərinə və avtonəqliyyat vasitələrinə tətbiq edilən aksiz və gömrük rüsumu, 28,7%-ni və ya 36,8 milyon manatını yol vergisi, 10,4%-ni və ya 13,3 milyon manatını Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi və nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi ilə bağlı ödənilən dövlət rüsumu, 1,3%-ni və ya 1,6 milyon manatını mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş sadələşdirilmiş vergi təşkil edib.
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb