Ağdam Sənaye Parkında "Ağdam Süd" MMC-yə rezident statusu verilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Tviter" hesabında bildirib.
Onun sözlərinə görə, şirkət Parkda investisiya dəyəri 2,2 milyon manat olan süd məhsullarının istehsalı müəssisəsi yaradacaq, 40 nəfəri işlə təmin edəcək.
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb