Aprelin 26-da Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından olan Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq.
“İki sahil” xəbər verir ki, Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri nümayiş olunacaq.
Heydər Əliyev Mərkəzində təqdim olunacaq əsərlər dünyada S.Dalinin original işlərindən ibarət olan ən böyük kolleksiyalardan biridir.
Qeyd edək ki, sərgi oktyabrın 8-dək davam edəcək.
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi