Nizami Kino Mərkəzində davamlı olaraq camaatın zövqünü korlayan primitiv filmlər göstərilir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti, rejissor Oqtay Mirqasımov deyib.
“Bəzi filmlərdə Azərbaycan cəmiyyəti elə təqdim olunur ki, xəcalət çəkirsən. Bu, dəyərlərə xəyanətdir. Biz kinematoqrafçılar dövrün tələblərini nəzərdə saxlamalı, amma camaatın da zövqünü korlamamalıyıq”, - rejissor vurğulayıb.
O filmlərdəki aqressiyanı da tənqid edib və ermənilərin bunu dünyada yayaraq bizi pis təqdim etməklərinə diqqət çəkib.
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi