“Bəzi festivalların təşkilatçıları açıq şəkildə yazırlar ki, Azərbaycan filmlərini nümayiş etdirmək istəmirlər”.
“İki sahil” xəbər verir ki, bu fikirləri kinorejissor Asif Rüstəmov “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı II paneldə çıxışı zamanı deyib.
"Bəziləri bildirir ki, festivallara özlərinin görmək istədiyi şəkildə film tələb olunur. Lakin istedad varsa və uğurlu film çəkilibsə hər yerdə şansı var. Kimin nə gözləməsindən asılı olmayaraq belə halda problemlər yaranmır”, - A.Rüstəmov əlavə edib.
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi