Bu gün kino bürokratik çərçivədədir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində kinorejissor Hüseyn Mehdiyev deyib. Onun fikrincə, kino haqqında qanun təkmilləşdirilməlidir:
"Kinonun istehsalatı sahibkarlıq fəaliyyəti ilə sintezdədir. 2020-2040-cı illər mədəniyyət strategiyasında kinonun inkişafı məsələsi də öz əksini tapmalıdır. Bundan çıxış edərək qanunvericilikdə bir neçə istiqamətdə dəyişiklik olmalıdır. Bundan əlavə qeyd edim ki, bizim özümüzün də münasibətimiz dəyişməlidir".
"Tenderlər kino sənayesinə maneə törədir", - deyə o, çıxışı zamanı qeyd edib.
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi