Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino Forumu başa çatıb.
“İki sahil” xəbər verir ki, tədbirdə ölkənin mədəniyyət və ictimaiyyət xadimləri, xarici qonaqlar və media mənsubları iştirak ediblər.
İki gün davam edən forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı təkliflər müzakirə olunub.
Forumda kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələrin nəzərə alınmalı olduğu, tamaşaçının yerli filmlərə marağının artırılmasının necə tənzimlənməsi, "Azərbaycanfilm" kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri, xarici sərmayenin kino sənayesinə cəlb olunması prinsipləri mövzularına toxunulub.
Sonda xatirə fotosu çəkdirilib.
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi