Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra “SOY” prodakşnın rəhbərinin kim olacağı müzakirə edilirdi.
“İki sahil” xəbər verir ki, şirkətin yeni rəhbəri Əməkdar artist Dilarə Əliyevadır.
O, bir neçə gündür vəzifəsini icra edir, prodakşnın nəzdində olan proqramlarla maraqlanır.
Qeyd edək ki, “SOY” prodakşn indiyədək onlarla fərqli layihə təqdim edib. Şirkətin təkcə “Yeni ulduz”, “Xalq ulduzu” kimi yarışmaları vasitəsilə Aysel Teymurzadə, Aysel Əlizadə, Safura Əlizadə, İlhamə Qasımova, Mehin Hümbətova, Eldəniz Məmmədov, Mirkamil Kamilov kimi sənətçilər tanınıb.
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi