"Mücrü" nəşriyyatı gənclər arasında I Ümumrespublika Hekayə Müsabiqəsinə start verib. Müsabiqədə məktəblilər, tələbələr və gənc yazarlar iştirak edə bilər. İlk 20 yerin qalibi mükafatlandırılacaq. Müsabiqəyə göndərilmiş əsərlər "Mücrü" proza jurnalının xüsusi sayında kitab şəklində çap ediləcək.
“İki sahil” xəbər verir ki, "Mücrü" nəşriyyatından bildirildi ki, hekayələr üçün mövzu məhdudiyyəti yoxdur. Həmçinin, əsərlər Azərbaycan və rus dillərində göndərilə bilər.
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi