12 may 2023 16:19
431

Naxçıvanda vergi daxilolmaları apreldə 64 % artıb

Bu ilin aprel ayında Naxçıvan MR Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrünə nisbətən 63,7 % çox - 5,6 milyon manat vəsait daxil olub.

Bu barədə “İki sahil”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, yanvar-aprel aylarında isə muxtar respublikada vergi daxilolmaları 51 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 41,7 % çoxdur.