8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov Palatanın kollektivi və üzvləri ilə birlikdə Zəfər Parkını ziyarət edib.
Ziyarət çərçivəsində Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər Tağının önünə gül dəstələri qoyulub. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Anım mərasimində şəhidlərin Vətən qarşısında göstərdikləri misilsiz qəhrəmanlıq və fədakarlıq ehtiramla xatırlanıb, onların əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb.
Auditorlar Palatasının üzvü, “Parker Russell Azerbaijan” şirkəti beynəlxalq mükafata layiq görülüb
Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir