15 may 2023 11:20
320

Pərviz Şahbazov: Azərbaycanda elektrik enerjisi istehsalı 6,5 % artıb

Bu ilin yanvar-aprel aylarında, operativ məlumatlara əsasən, Azərbaycanda 9 milyard 852,1 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.

“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.

P. Şahbazovun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.

Nazir bildirib ki, bu müddət ərzində elektrik enerjisinin ixracı 1 milyard 244,1 milyon kVt/saat, idxal isə 41,1 milyon kVt/saat təşkil edib.