Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili yaxın günlərdə Azərbaycana səfər edəcək.
“İki sahil” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Toğrul Qafarbəyli bildirib.
Onun sözlərinə görə, səfərin məqsədi mayın 17-19-da Bakı Ekspo Mərkəzində keçiriləcək sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") iştirak etməkdir.
"Sözügedən sərgilərə hər il yüksək səviyyəli xarici rəsmilər gəlir", - deyə o qeyd edib.
Auditorlar Palatasının üzvü, “Parker Russell Azerbaijan” şirkəti beynəlxalq mükafata layiq görülüb
Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir