15 may 2023 13:35
427

Azərbaycanın sənaye zonalarına 600 milyon manat investisiya yatırılacaq- Mikayıl Cabbarov

Azərbaycanın sənaye zonalarında ümumi investisiya həcmi 7,1 milyard manatdan çox olan 128 müəssisə qeydiyyatdan keçib və onlardan 66-sı istehsal fəaliyyətinə başlayıb.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

Nazirin sözlərinə görə, mövcud layihələr üzrə 600 milyon manata yaxın investisiya yatırılması, 4 800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.