Azərbaycanda bank kreditlərinə çıxış çətinləşir.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Tviter hesabında bildirib.
"KOBİA-ya daxil olan müraciətlər arasında kreditlərə çıxış məsələləri üstünlük təşkil edir. Şirkətlərin müraciətləri cavablandırılmır və yaxud onlar yüksək kredit xərcləri çəkirlər. Banklar istehsalat, məşğulluq və sərmayə məsələlərində həssas və konstruktiv olmalıdır”, - deyə o qeyd edib.
Bank kreditlərinə çıxış çətinləşir.KOBİA-ya daxil olan müraciətlər arasında kreditlərə çıxış məsələləri üstünlük təşkil edir.Şirkətlərin müraciətləri cavablandırılmır ya onlar yüksək kredit xərcləri çəkirlər. Banklar istehsalat,məşğulluq və sərmayə məsələlərində həssas və…
— Orkhan Mammadov (@MammadovOrkh) May 15, 2023