15 may 2023 15:20
352

Aktiv vergi ödəyicilərinin sayı 3 % artıb

Bu il mayın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9 % çox - 732,2 min olub.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, yanvar-aprel aylarında aktiv ƏDV ödəyicilərinin sayı isə 5,1 % artaraq 42 min təşkil edib.

4 ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 2,1 % artaraq 193,2 minə çatıb.