15 may 2023 18:56
738

Azərbaycan şərabları Londonda tanıdılıb

Bu gün Londonda başlayan London Şərab Yarmarkası (“London Wine Fair”) çərçivəsində Azərbaycan şərabları Britaniya və xarici istehlakçılara tanıdılıb.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da yarmarka çərçivəsində Azərbaycan stendini ziyarət edib. Səfir E. Süleymanov Londonda Azərbaycan şərablarının təqdim olunmasının çox şad xəbər olduğunu vurğulayıb.

“Gardabani” qurupun həmtəsisçisi Natik Musayev bildirib ki, ilk dəfə Böyük Britaniya tarixində Azərbaycan şərabları idxal olunur.

Qeyd edək ki, London Şərab Yarmarkası 15-17 May tarixləri arasında Londonun Kensington Olympia adlanan bölgəsində keçirilir.