Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycanda real ÜDM-in artımını yenidən 2,5% proqnozlaşdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə AYİB-in yaydığı hesabatda bildirilib. Bank həmçinin 2024-cü il üzrə müəyyən etdiyi 2,7%-lik iqtisadi artım proqnozunu dəyişməyib. Başqa sözlə, AYİB bu ilin fevral proqnozuna hər hansı dəyişiklik etməyib.
Qeyd edək ki, AYİB 2022-ci il üzrə Azərbaycanda iqtisadi artımı 4,6% müəyyən etmişdi. Bank hesab edir ki, iqtisadi artımla bağlı proqnozun ötən ildən az olması, yəni iqtisadi artıma əsas risklər davamlı inflyasiya və əmtəə asılılığı ilə bağlıdır.
Auditorlar Palatasının üzvü, “Parker Russell Azerbaijan” şirkəti beynəlxalq mükafata layiq görülüb
Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir