16 may 2023 16:25
419

Azərbaycanın valyuta bazarı 9 % kiçilib

Bu ilin I rübündə Azərbaycanın valyuta bazarında 7,8 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.

“İki sahil”  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 9 % azdır.

Rüblük əməliyyatların 6,8 milyard ABŞ dolları nağdsız, 1 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 8 % və 20 % azdır.

İl ərzində ölkədə xarici valyutanın xalis satışı 6 dəfə azalıb.